Dövlət Gömrük Komitəsi (DGK) məhsul idxalına tariflərin artırılması imkanını istisna etmir.
Yenicag.az-ın məlumatına görə, bunu “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” adlı jurnalistlər üçün seminar zamanı DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov deyib.
Ə.Hüseynovun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə daxili istehsalın müdafiəsinə yönələcək:
“İlk növbədə bu, kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunur”.