!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda güclü zəlzələ olacağı barədə xəbərlərə RƏSMİ REAKSİYA

!Reklam – Yazi

Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilib. Həmin açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil.

Yenicag.az xəbər verir ki, bunu mərkəzin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Şöbə müdirinin sözlərinə görə, RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik və 24 GPS stansiyaları vasitəsilə müşahidə aparılır. İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar həyata keçirilir: “Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir. Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu, seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü. Media mənsublarına həmin mövzu ilə bağlı məlumat və ya proqram hazırlayarkən məsələnin həssaslığını nəzərə almaları, ümumi fikirlərə deyil, tədqiqatlara əsaslanan məlumatlar yaymaqları tövsiyə olunur. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və vətəndaşlara bununla bağlı hər hansı bir məlumat verərkən hər birimizin diqqətli olması vacibdir. Ayrıca, AMEA nəzdində RSXM media ilə yaxından əməkdaşlıq etdiyi üçün istənilən vaxt, istənilən sualları bizə ünvanlaya və aparılmış tədqiqatların nəticəsi olaraq real vəziyyətə dair məlumat ala bilərlər. Biz hər zaman sizinlə əməkdaşlıqdan məmnunuq və operativ dəstəyinizi hiss edirik”.

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv