!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda güclü zəlzələlər gözlənirmi?- Seysmoloq proqnozlarını AÇIQLADI

!Reklam – Yazi

“2024-cü il ərzində nəinki Azərbaycanda, hətta dünyada seysmik və tektonik aktivlik super dərəcəyə gələcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünyada artan tektonik aktivlik və bunun Azərbaycana təsirləri haqda danışan Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin Qiymətləndirilməsi şöbəsinin müdiri, dosent Qulam Babayev deyib.

Onun sözlərinə görə, bu hadisələr keçən ilin sonları və cari ilin əvvəllərində seysmik və tektonik aktivliyin göstəricisidir.

“Son bir ay ərzində dünya miqyasında – Yaponiya, Filippin adası, Türkiyə, Qazaxıstan və digər seysmik və tektonik aktiv ölkələrdə zəlzələlər baş verib. Bu, keçən ilin sonları və cari ilin əvvəllərində seysmik və tektonik aktivliyin göstəricisidir”, – deyə o bildirib.
Mütəxəssis qeyd edib ki, 2024-cü il ərzində nəinki Azərbaycanda, hətta dünyada seysmik və tektonik aktivlik super dərəcəyə gələcək:
“Artıq biz ilin 4-cü ayını başa vurmaq üzrəyik. Bu aktivliyi hazırda bir qədər müşahidə edə bilirik. Bu zəlzələlər qardaş ölkə Türkiyədə daha tez-tez baş verir. Düşünürəm ki, bu, davamlı olacaq”.

Seysmoloq əlavə edib ki, Azərbaycan da bu tektonik hadisələrdən kənarda qalmayacaq.

“Azərbaycana gəldikdə, fikrimcə, Azərbaycan da bu tektonik hadisələrdən kənarda qalmayacaq. Hiss olunan 4.5 və 5.5 maqnitudalı zəlzələlər ölkəmizdə mövcud olacaq. Müxtəlif seysmik aktiv ərazilərimizdə, xüsusilə Xəzər dənizində bunun şahidi ola bilərik. Xəzər dənizi ən mürəkkəb tektonik ərazilərimizdən biridir. Burada müxtəlif güclü, orta və zəif miqyaslı tektonik qırılmalar, pozulmalar, qırışıqlar mövcuddur. Bu həm də fizika qanunudur. Qonşu plitələrdə dinamika hərəkət halındadır. Azərbaycan ərazisinin bu nəhəng Ərəbistan, Avropa plitələrin üzərində və sərhədində yerləşdiyi, aktivləşdiyi halda, hərəkətsiz halda qalması mümkün deyil. Azərbaycanda baş verəcək zəlzələlərin tarixini, gücünü, dərinliyini dəqiq demək qeyri-mümkündür. Lakin tədqiqatlarım və müşahidələrim onu göstərir ki, bu hadisələrin ölkəmizdə baş verməsi istisna olmayacaq”, – deyə seysmoloq fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv