!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gündəlik boşanmaların sayı kəskin artdı - VİDEO

!Reklam – Yazi

Statistikaya görə günə 60 cütlük boşanır.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.

Sosioloq Əhməd Qəşəmoğlu boşanmaların ilbəil artmasının narahatlıq doğurduğunu və məsələ ilə bağlı təcili tədbirlər görülməli olduğunu deyib. Onun sözlərinə görə, boşanmaların səbəbi bir çox amillərlə bağlıdır.

Onun fikrincə, elə fəaliyyət proqramları qurulmalıdır ki, ailə yenə öz əbədi, əzəli funksiyalarını yerinə yetirsin. Bu sahədə sosial xidmətlər artırılmalıdır.
“Ölkədə bu məsələlərlə peşəkar şəkildə məşğul olan elmi mərkəzlər yaradılmalıdır”, – deyə sosioloq vurğulayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:/Xezerxeber

 

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv