!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hakim özünü öldürdü: Yüksək vəzifəli şəxsin yaxın qohumudur - YENİLƏNDİ

!Reklam – Yazi

Bu gün intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovla bağlı bəzi detallar məlum olub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, o, ədliyyə nazirinin müavini Azər Cəfərovun bibisi oğludur.

Sözügedən hakimin adı bir çox qalmaqallı məhkəmə işlərində hallanıb. Sonuncu dəfə Fransanın “Thales International” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq müdiri, 2022-ci ilin fevralında şərlənərək həbs olunan iş adamı Mehmet Şahanın məhkəmə prosesinə də o sədrlik edib.

Məhkəmə işində erməni faktorunun olması isə medaida “skandal” kimi işıqlandırılmışdı.

Daha ətraflı buradan məlumat əldə edə bilərsiniz.

***20:36

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Salmanov Rahib Vaqif oğlu müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, Salmanov Rahib 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışıb.

www.yenicag.az

2277
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv