Azərbaycanda hamilə qadın dünyasını dəyişib.
Yeniacg.az-ın məlumatına görə, hadisə Göyçay şəhərində baş verib. 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyeva xəstəxanada ölüb.
Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, qadın qanaxma ilə xəstəxanaya çatdırılıb. İlkin ehtimala əsasən, qadının ölümünə də elə qanaxma səbəb olub.
Hazırda hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub, araşdırma aparılır.
Nazilikdən onu da deyiblər ki, N.Əliyeva bu günə qədər 3 dəfə qeysəriyyə əməliyyatı keçirib.