!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hava çirkliliyi: "Bakının yalnız tozlarla deyil, digər zərərli qazlarla da..." - Ekoloq

!Reklam – Yazi

“Bakıda havanın çirklənməsinə digər səbəb isə tikinti normativlərinin pozulmasıdır”

Bu fikirləri Azərbaycanda hava çirklənməsi ilə bağlı mövcud durumu dəyərləndirən ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Ekoloq bildirib ki, hava çirklənməsi ilə bağlı mübarizənin ilkin mərhələsi düzgün müşahidələrin aparılmasından başlayır:

“Son 3 il ərzində Azərbaycanda bu sahədə xeyli irəliləmə var. Azərbaycanda hava çirkliliyin ölçülməsi üçün yaradılan məntəqələrdə daim müşahidələr aparılır və onlayn olaraq yayımlanır. Bu məntəqələrin sayı gələcəkdə daha da arıtırılacaq.

Bakıda havanın çirklənməsi digər şəhərlərə nisbətən daha çoxdur. Çünki Bakı və Sumqayıt quraq və az yağıntılı iqlim tipinə uyğun gələn şəhərlərdir. Bu da havada toz miqdarının yüksək olmasına səbəb olur.

Bakıda havanın çirklənməsinə digər səbəb isə tikinti normativlərinin pozulmasıdır. Tikinti sahələrində tozun qarşısını almaq üçün torlardan istifadəyə çox az hallarda rastlanır. Daş karxanalarının da havanın çirklənməsində pis mənada payı çoxdur. Əlavə olaraq Türkmənistandan Xəzər dənizinin üstü ilə gələn tozlu küləklər də Bakıda havanın çirklənməsinə səbəb olur.

Digər şəhərlərlə müqayisədə Bakı bir çox dünya paytaxtlarından daha təmiz havaya sahibdir. Bunun isə başlıca səbəbi Bakının küləyidir. Misal üçün Bakıya cənub küləyi daxil olduqda şəhərdən tozu və bir çox çirkli maddələri sovurub aparır.

Bakının yalnız tozlarla deyil, digər zərərli qazlarla da çirkləndiyini qeyd etmək lazımdır. Bunun isə əsas mənbəyi avtomobillərdir. Avtomobillərdən çıxan qazların havanı çirkləndirməməsi üçün “Avro-5” standartına keçid etmişik. Əlavə olaraq bu gün Bakıda ilk elektrikli avtobus fəaliyyətə verilib. Elektrikli maşınların sayı getdikcə artır. Həmçinin skuterlərdə də artım müşahidə olunur. Yaxın 10 ildə elektrikli avotmobillərin sayının artması ilə hava da yaxşılaşmağa doğru gedəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv