!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hələ heç kəs bu ali hərbi ordenlə təltif edilməyib - FOTO

!Reklam – Yazi

1993-cü ildə ölkənin sabiq prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə “Şah İsmayıl” ordeni yeganə ordendir ki, onunla hələ heç kim təltif edilməyib.

Yenicag.az xəbər verir ki, Milli Məclis 1993-cü il dekabrın 6-da “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib.
Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissə və birləşmələrinin komandirləri təltif edilməlidir. Lakin bu günə qədər “Şah İsmayıl”la heç bir hərbçi təltif olunmayıb.

Orden Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətə, ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi xidmətə, görkəmli sərkərdəlik fəaliyyətinə, fövqəladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir.

“Şah İsmayıl” ordeninin taxılma statusu onun ali hərbi mükafat olduğunu bir daha sübut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” Qanuna görə, “Şah İsmayıl” ordeni “İstiqlal”” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir. “Şah İsmayıl” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “İstiqlal” ordenindən sonra taxılır. “Şah İsmayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Ordenin arxa tərəfində “Şah İsmayıl” yazılıb. Ondan aşağıda nömrəsi həkk edilib.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv