!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda hərbi aviaparkın YENİLƏNMƏSİ: “JF-17C “Block 3” qırıcı təyyarələrini əldə etmək...”

!Reklam – Yazi

“Mümkün seçimlər arasında Azərbaycan üçün ən uyğunu elə JF-17C “Block 3” qırıcı təyyarələridir”.

Bu fikirləri Azərbaycanın Pakistandan JF-17C “Block 3” qırıcı təyyarələri alması və Türkiyə istehsalı olan KAAN döyüş təyyarələrinin əldə edilməsində maraqlı olmasına dair informasiyaları dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Azərbaycanın hərbi aviaparkının yenilənməsinə ehtiyac var:

“Azərbaycanın döyüş təyyarələri alması ilə bağlı seçimləri çox deyil. NATO-ya daxil olan ölkələr öz hərbi-texniki avadanlıqlarını Azərbaycana satmaqda maraqlı deyilər. Ona görə də, mümkün olan variantlar arasında JF-17C “Block 3” qırıcı təyyarələrinin üzərində dayanmaq bu gün üçün optimal seçimdir.

Ən azı, bu döyüş təyyarəsi özünün sinfindəki nümunələrlə rəqabət apara bilir. KAAN bir layihə olaraq, hələ ki Türkiyədə kütləvi istehsala daxil edilməyib. O baxımdan, KAAN Türkiyə silahlı qüvvələri silahlanmasına təqribən 2028-ci ildə qəbul oluna bilər.

Digər tərəfdən, KAAN “Bayraktar TB-2” və ya “Akıncı” deyil. Aviasiya sahəsində əməkdaşlıq ənənəvi olaraq, ömürlük müttəfiqliyə çevrilir. Bu məsələdə özümüzü sığortalamış olacağıq. Ən azı hansısa əməliyyatlar zamanı yardımlar təmin edilər və idarəetmədə problem yaranmaz.

Adətən, texnoloji avadanlıqlar belədir ki, istehsalçı ölkələr müxtəlif proqramlar vasitəsilə alıcıya müəyyən problemlər yarada bilirlər. Bu baxımdan, Azərbaycanla Pakistan arasında problem olacağını düşünmürəm. Fikrimcə, mümükn seçimlər arasında Azərbaycan üçün ən uyğunu elə JF-17C “Block 3” qırıcı təyyarələridir”.

Səxavət Məmməd

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv