Azərbaycanda icra başçısı həbs edildi – SƏBƏB – YENİLƏNDİ

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və müavininin saxlanılması səbəbi məlum olub.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən rüşvətə görə tutulublar.

***

Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.

Yenicag.az xəbər verir ki, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.

İH-dən Unikal.org-a verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.

Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

COP29