!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ictimai nəzarət LABİRİNTİ: “Adamın başına gətirmədikləri oyun qalmır” – Bədbin ŞƏRH

!Reklam – Yazi

“Dövlət qurumları özlərinə bab adamları ictimai şuralara cəlb edir və bununla da proses qapanır”.

Bu fikirləri prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında iki gün əvvəl imzaladığı Sərəncama əsasən, vətəndaş cəmiyyəti institutlarının bu prosesə cəlb olunması tələbinin necə icra olunacağını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, məmur korpusunun müdaxiləsi ilə prinsipial adamlar bu prosesdən kənarda saxlanılacaq:

“Əlbəttə, cənab prezidentin bütün təşəbbüsləri həmişə faydalı və yerinə düşən, üstəlik də vətəndaşa yönəlik olur. Amma, təəssüflər olsun ki, məmur korpusu onun bu təşəbbüslərinə qarşı çox ciddi dirəniş göstərir və nəticədə də bu müqavimət onların qələbəsi ilə başa çatır.

Demək istədiyim budur ki, cənab prezidentin bu təşəbbüsü də ilk növbədə məhz o üzərlərində nəzarətin təmin edilməli olduğu adamlar tərəfindən sabotaja məruz qalacaq. Bu, birmənalıdır.

Mən bu fikirləri nəyə əsaslanaraq deyirəm? Həqiqətən də, dürüst mövqeyi olan və prinsipiallıq sərgiləyən, dövlət başçısının çağırışlarına vicdanla əməl etməyə çalışan adamlar o məmur korpusu tərəfindən gözdən salınır.

Şəxsi təcrübəmdən bilirəm ki, adamın başına gətirmədikləri oyun qalmır. Adamı elə küncə sıxışdırırlar ki, bir müddətdən sonra prezidentin özü də belə bir adamın olduğunu unudur. Ona görə də bu cür təşəbbüslər bir mddət ictimai rəydə informasiya manipulyasiyası üçün istifadə edilir, bəlli bir müddətdən sonra isə ümumiyyətlə, unudulur, rəfə qaldırılır. Təəssüf ki, bu dəfə də elə olacağına şübhə yeri yoxdur.

Baxın dövlət təşkilatlarının nəzdində ictimai şuralar yaradılıb. Siz onların hansından normal fəaliyyət görmüsünüz? Əslində, o ictimai şuralar vətəndaşın faydasına çalışmalıdır. Yəni konkret dövlət qurumunun həddini aşmaması, cızığından çıxmaması, insanları incitməməsi üçün yaradılan əlavə bir vətəndaş nəzarətidir. Amma nə baş verir? Dövlət qurumları özlərinə bab adamları ictimai şuralara cəlb edir və bununla da proses qapanır.

Mənə belə gəlir ki, cənab prezident bu durumu şəxsən araşdırmalıdır ki, niyə belə olur. Yəni prezident göstəriş verir ki, ciddi vətəndaş nəzarəti həyata keçirilsin, amma ortada bu qədər narazılıq var. Qarabaş şəhidi ailələrinin, qazilərinin problemləri aşıb-daşır. Niyə belə olmalıdır? Deməli, nəzarət normal qurulmayıb.

Yenə də, təəssüf ki, indi toxunduğunuz məsələ ilə bağlı da mən bədbinəm. Dediyim kimi, prinsipial adamlar bu prosesdən kənarda saxlanılacaq. Bu üzdən bədbinəm. Nə qədər ki elə prinsipial, kiminsə diqtəsinə, tapşırığına boyun əyməyən adamlar bu prosesdən kənar tutulacaq, əlbəttə ki, yaxşı nəsə gözləməyə dəyməz”.

A.Zeynalov

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv