Ağdam rayon prokurorluğu vəzifəli şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumatda qeyd olunur ki, martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
***
Ağdam rayonda idarə rəisi minaya düşüb.
Yenicag.az trend-ə istinadən xəbər verir ki, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.
Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirirlir.