!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda idarəetmənin dəyişməz “ÖZƏLLİYİ”: “Görünür, rəhbər şəxslər məhz belə mühitdə...”

!Reklam – Yazi

“Nəticədə isə kadr heyətinin bəhs etdiyimiz “prinsip”lər üzrə formalaşdığı müəssisələrdə qeyri-sağlam mühit yaranır”.

Bu fikirləri Azərbaycanda kadr seçiminin qeyri-optimallığı barədə danışan Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, perspektivli iş yerlərində kadrların cəmi on faizi özlərinin bilik-bacarığı əsasında vəzifəyə təyin olunur:

“Çox təəssüf ki, ölkədə hər hansı normal işə düzəlmək üçün xüsusi “standart” formalaşıb. Tanıdığımız çox sayda əmək fəaliyyəti ilə məşğul olan insanlar özlərinin iş həyatından danışanda, əmin oluruq ki, perspektivli iş yerlərində kadrların cəmi on faizi özlərinin bilik-bacarığı əsasında bu və ya digər vəzifəyə təyin olunur. Bu on faizlik kəsimin işlə təmin edilməsində də məqsəd budur ki, onlar qalan doxsan faiz işçisinin yükünü daşısın.

Xoşagəlməz haldır ki, nəzərdə tutduğumuz o doxsan faizlik kəsimə aid olan kadrların bir qismi qohumluq əlaqələrinə, yaxud da “yuxarı”dan verilən tapşırığa əsasən, işə götürülür. Onların bir hissəsi isə məhz yaxşı “söz aparıb-gətirmək bacarığı”na mail olduqlarına görə işlə təmin olunurlar. Bir çox hallarda işəgötürən rəhbər şəxslər həmin kadrlara sadəcə, bu “qabiliyyət”ləri səbəbindən üstünlük verirlər.

Nəticədə isə kadr heyətinin bəhs etdiyimiz “prinsip”lər üzrə formalaşdığı müəssisələrdə qeyri-sağlam mühit yaranır. Lakin görünür, müəssisəni belə mühitdə idarə etmək rəhbər şəxs üçün daha rahatdır və ona görə də bu yolla gedirlər. Yəni bu yanaşma Azərbaycanda idarəetmənin “özəlliklərindən” birinə çevrilib. Ancaq, əlbəttə ki, müasir dünyada qəbuledilməz sayılan bu yanaşmanın dəyişməsi çox vacibdir”.

A.Zeynalov

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv