Azərbaycanda 28 May – Respublika Günü ilə əlaqədar iki gün iş olmayacaq.
Respublika Günü münasibətilə mayın 28-i qeyri-iş günüdür. Lakin bu tarix həftənin bazar gününə təsadüf etdiyindən mayın 29-u da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ciil tarixli “Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə bu bayramlar avtomatik olaraq növbəti iş günlərinə keçirilir.
Yenicag.az