!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda iki yeni DATA mərkəzi istifadəyə veriləcək

!Reklam – Yazi

“Bu günə qədər 100-dən çox dövlət qurumunun informasiya sistemlərini “Hökumət buludu”na tam və ya qismən inteqrasiya edilib”.

Yenicag.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, bulud xidmətləri Bakı və Yevlax şəhərlərində yerləşən iki data mərkəz üzərindən həyata keçirilir:

“Bütün dövlət qurumlarının “Hökumət buludu”na inteqrasiyasının təmin edilməsi məqsədilə iki yeni data mərkəzin layihələndirilməsi işlərinə başlanılıb. Artıq layihələrin hazırlanması üçün beynəlxalq şirkət cəlb edilib. Onlarla birgə yeni data mərkəzlərinin konsepsiyası hazırlanma prosesindədir”./oxu.az

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv