!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda “ikinci pandemiya” TƏHLÜKƏSİ: “Sadəcə, müəyyən siniflər deyil, ümumiyyətlə...”

!Reklam – Yazi

“İndi yayılan virus mutasiyaya uğradığı üçün yoluxanlar xəstəliyi daha ağır formada keçirirlər”.

Bu fikirləri təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma hallarının sürətlə artmasının qarşısını almağın yolları haqda danışan təhsil ekpert Adil Vəliyev Yenicag.az-a açıqlaması deyib.

Onun sözlərinə görə, ölkədə yoluxmanın qarşısını almaq üçün zəruri tədbirlər görülməsə, ikinci pandemiyanın baş vermə ehtimalı yüksəkdir:

“Çox təəssüf ki, hazırda bəzi məktəblərdə çox sayda şagird qızılca xəstəliyinə yoluxub.

Nəzərə alaq ki, indi yayılan virus mutasiyaya uğradığı üçün yoluxanlar xəstəliyi daha ağır formada keçirirlər.

Hazırda xəstəliyin daha geniş miqyasda yayılmasını qarşısını almaq məqsədilə qızılcaya yoluxma hallarının qeydə alındığı siniflər üçün distant təhsil tətbiq olunub.

Hesab edirəm ki, sadəcə, müəyyən siniflər deyil, ümumiyyətlə, yoluxma qeydə alınan məktəblərdə dərslər müəyyən müddət ərzində onlayn formada davam etdirilməlidir.

Əks halda, yoluxma daha sürətlə yayılacaq və ölkə üçün ikinci pandemiya riski artacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv