!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk dəfə Fransa istehsalı linzanın “Dünyagöz”də təqdimatı oldu - FOTO/VİDEO

!Reklam – Yazi

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin dünyaca məşhur xəstəxanalar şəbəkəsi olan “Dünyagöz Bakı” xəstəxanasında fransız linza markası olan “Cristalens”in təqdimatı baş tutdu.

İlk dəfə olaraq Azərbaycanda baş tutan bu təqdimata “Dünyagöz”ün həkimləri ilə yanaşı, çox sayda oftalmoloq həkimlər də iştirak etdilər. Təqdimatda şirkətin nümayəndəsi Tarek Chaieb iştirak edərək həkimlərin suallarını ətraflı şəkildə cavablandırdı.

 Cənab Tarek: “Cristalens” Fransanın ilk göziçi linza istehsalçısıdır. Katarakt və görmə problemi olan xəstələr “Cristalens” sayəsində sevdikləri ilə günlük həyatlarında eynəksiz xoş vaxtlar keçirə biləcəklər”. Qeyd edək ki, bu linzalar sayəsində insanlar yaxın, orta və uzaq məsafə eynəklərindən azad ola bilərlər.

“Dünyagöz” xəstəxanasının fəaliyyətləri və xidmətləri barədə əlavə məlumat almaq istəyənlər (012) 404-44-69 şəhər telefonuna və ya dunyagoz.az internet adresinə müraciət edə bilərlər.

 

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv