!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk dəfə “Global HR SUMMIT 2023” tədbiri keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

Azərbaycan HR İnstitutunun təşkilatçılığı, NEQSOL Holding-in baş sponsorluğu, ABB, Anzera, Amrop, Təhsil Tələbə Kredit Fondu, OBA, MKT İK MMC-nin sponsorluğu ilə 20 aprel tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkarların iştirakı ilə “Global HR SUMMIT 2023” tədbiri keçirilib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, “Global HR SUMMIT 2023” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.

BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-cisi “Layiqli Əmək və İqtisadi İnkişaf” qlobal HR Zirvə toplantısının əsas şüarıdır. Dünyanın 160-dan çox ölkəsindən 15.000-dən çox şirkət və 5000-dən çox üzvün olduğu ən böyük korporativ davamlılıq şəbəkəsi olan “BMT-nin Qlobal Sazişi” Sammitin əsas tərəfdaşıdır.

Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları layiqli əmək və ümumdünya insan resurslarının gücləndirilməsi, rəqəmsal insan resursları və süni intellekt, rəhbərlərin strateji insan resursları perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən 2022-ci ildə “Baku International HR Forum” və “Baku International CEO Summit” tədbirləri uğurla həyata keçirilib.

Forumun Media tərəfdaşı “Yeni Çağ” Media Qrupudur.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv