!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk dəfə uzunömürlülük üzrə beynəlxalq konqres keçiriləcək

!Reklam – Yazi

Paytaxt Bakı “Viva La Vida” adlı Beynəlxalq Konqres və Sərgiyə ev sahibliyi edəcək. Uzunömürlülük üzrə ilk beynəlxalq konqres Səhiyyə Nazirliyinin dəstəyi və Sea Breeze Resort-un tərəfdaşlığı, həmçinin AWWA Dünya Estetik və Sağlamlıq Akademiyasının, Sea Breeze Anti-aging Mərkəzin və uzunömürlülük, sağlamlıq layihələrinin həyata keçirilməsi üzrə beynəlxalq ekspert, psixi sağlamlıq üzrə mütəxəssis Ilona Ansonenin təşkilatçığı ilə baş tutacaq.

Konqres müasir dünyada insanların həyat keyfiyyətini yaxşılaşdıraraq daha uzun ömür və xoşbəxt yaşamağı özündə ehtiva edir.

16-17 mart 2023-cü il tarixlərində reallaşacaq tədbir aktiv uzunömürlülük sahəsində ən parlaq beynəlxalq ekspertləri bir araya gətirəcək. Tədbirdə çıxış edənlər sırasında dünya şöhrətli endokrinoloq D-r Tyeri Ertoq,  ən yaxşı detoks proqramları üçün dünya mükafatlarını qazanan D-r Aleks Vitasek, yaşlanma prosesini dayandırmaq üçün dünyada ilk dəfə öz genomunu dəyişdirməyə cəsarət edən Elizabet Periş, inteqrativ fərdiləşdirilmiş təbabətin ideoloqlarından biri Kris Mor, “Uzunömürlülüyün Yol Xəritəsi” bestsellerinin müəllifi və Avropa Uzunömürlülük Universitetinin qurucusu D-r Yuliya Yusipova yer alacaqlar.

Baku Marriott Bulvar Oteldə baş tutacaq Koqresdə peşə ixtisası sağlamlığın və uzunömürlülüyün qorunmasını əhatə edən mütəxəssislər, həyat keyfiyyətini yaxşılaşdıra bilən istehlakçılar, effektiv həllər təklif edən şirkətlərin nümayəndələri və aktiv uzunömürlülük istəklərinə laqeyd qalmayanlar iştirak edə bilər. Uzunömürlülük üzrə “Viva La Vida” beynəlxalq konqres və sərgisində iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək vacibdir.

Konqresdə çıxış edənlərin və qonaqların tam siyahısı, eləcə də qeydiyyat məsələləri ilə bağlı tədbirə həsr olunmuş www.vivalavidacongress.com saytında tanış olmaq mümkündür.

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv