!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ilk olan layihə BAĞLANDI: Satıcısız küçə ticarətini kimlər əngəllədi?

!Reklam – Yazi

Bir neçə ay bundan öncə insanların marağına səbəb olmuş satıcısız küçə ticarəti layihəsi bağlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə layihəni həyata keçirən “Sadiq Oğlu” adlı “Facebook” istifadəçisi məlumatt paylaşıb.

O bununla bağlı vətəndaşlardan üzr istəyib:

“Buna görə bizə inanan və bu xidmətdən mütəmadi istifadə edən vətəndaşlarımızdan da üzr istəyirik. Bu işdə bizim yalnız bir qazancımız oldu. Bir daha əmin olduq ki, bizim xalq, doğurdan da, böyük xalqdır və onlara güvənmək olar.

Nəhayət, fəaliyyətin dayandırılması səbəbi. Bu işə başlayanda belə halların olacağını güman edirdik və öz tədbirlərimizi də görürdük. Ətrafın təmizlənməsi, dezenfeksiya məsələsi və s. Ancaq buna baxmayaraq, bir nəfər qonşu Ekologiya İdarəsinə şikayət etdi. Onlar da gəldi, müəyyən ölçülər götürdülər və ərazinin norma daxilində olduğu haqqında protokol tərtib etdilər. Yəqin, gələn üç nəfər məmurun içərisində nisbətən cavan olanın qəlbində nə isə umacağı olub. Hər şeydən əli üzüləndən sonra guya içərisində zibil yandırdığımız çəlləyə ilişdi. Gedəndən sonra birtərəfli qaydada inzibati tənbeh vermə haqqında məhkəməyə müraciət edir və məni 300 manat cərimə etdirir. Bu necə olur başa düşmək çətindir. Sənin xəbərin olmadan səni cərimələyirlər və məhkəmə sənə heç bildiriş də göndərmir. Görünür, bizim ölkədə dürüst işləməyin də bizim başa düşmədiyimiz nəsnələri var”.

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv