!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda inflyasiya ilə bağlı vəziyyət açıqlandı

!Reklam – Yazi

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,2 %, qeyri-ərzaq məhsulları üzrə 106 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Xatırladaq ki, bu ilin yanvar ayının yekununda illik inflyasiya 12,5% olub.

Məlumata görə, bu ilin fevral ayında isə istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 101,1 %, ötən ilin fevral ayına nisbətən isə 111,9 % təşkil edib.

Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,1 %, ötən ilin fevral ayına nisbətən isə 117,2 % təşkil edib. Ay ərzində ərzaq məhsullarından daha çox artım unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, azalma isə yumurtanın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,3 %, ötən ilin fevral ayına nisbətən isə 106 % təşkil edib. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, kəsilmiş taxtaların, noutbukların, planşet tipli kompüterlərin və televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4 %, ötən ilin fevral ayına nisbətən isə 109,3 % təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım ictimai iaşə, bərbərxana, tibbi və stomatoloji xidmətlərin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv