!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda insan alverinə qarşı MÜBARİZƏ: “Transmilli mütəşəkkil cinayətkarlığın...”

!Reklam – Yazi

“Dövlət bu bəlaya qarşı vətəndaş cəmiyyəti ilə birgə koordinasiyalı şəkildə mübarizə aparır”.

Bu fikirləri Azərbaycanda insan alverinə qarşı aparılan mübarizənin mövcud vəziyyətindən danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, haqqında danışılan məsələ yalnız Azərbaycan üçün aktual deyil, həm də qlobal miqyasda transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən biridir:

“İnsan alverinin adını müasir köləlik qoysaq, yanılmarıq. Çünki qurbana çevrilən şəxs öz iradəsi ilə bir addım belə ata bilməz. Sözün əsl mənasında insanı danışan alətə çevirə bilirlər.

Dünya insan alverinə qarşı mübarizə ilə bağlı həyəcan təbili çalır. Azərbaycanda 1991-ci ildən 2005-ci ilə qədər Cinayət Məcəlləsində insan alveri ilə bağlı bir maddə belə nəzərdə tutulmamışdı.

Yalnız 2005-ci ildən sonra insan alveri ilə mübarizə aparılması üçün Daxili İşlər Nazirliyinin nəzdində İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Həmin tarixdən sonra Azərbaycan polisi bu istiqamətdə ardıcıl səylərini ortaya qoydu.

Hazırda Azərbaycanda insan alveri ilə bağlı məsələdə əhalinin narahatlıq keçirməsinə o qədər də əsas yoxdur. Çünki dövlətimiz bu aktual problemlə bağlı zəruri tədbirlər görür. Dövlət bu bəlaya qarşı vətəndaş cəmiyyəti ilə birgə koordinasiyalı şəkildə mübarizə aparır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv