!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda işğaldan azad edilən şəhərlərə köç: "Qeyri-standart qərarların alınmasına ehtiyac var"

!Reklam – Yazi

“İşğaldan azad edilən bölgələrin məskunlaşdırılması sırf “ağıllı kəndlər” və tək büdcə hesabına mümkün olmayacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri işğaldan azad edilən bölgələrimizdə yaxın 10-15 ildə 1 milyondan çox vətəndaşımızın yaşaması üçün şəraitin yaradılmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib.

O, qeyd edib ki, Azərbaycanda işğaldan azad edilən şəhərlərə köçü stimullaşdırmaq, orada iqtisadi fürsətlərin artmasına nail olmaq və özəl kapitalı, investorları cəlb etmək üçün qeyri-standart qərarların alınmasına ehtiyac var:

“İşğaldan azad edilən şəhərlərin birini Cənubi Qafqazın “Las-Veqas”ına, başqa birini isə bölgənin “Disneyland”inə çevirmək lazımdır. Füzuli və Zəngilan Hava Limanları bu işdə çox önəmli rol oynaya bilər. Həmin aeroportlar məntiqlə idarə olunsa və “low-cost” hava şirkətləri cəlb olunarsa, bu ideyanın həyata keçirilməsinə kömək edə bilər.

Bundan başqa, iki əyləncə şəhərinin yaranması da həmin ərazilərə əhalinin könüllü köçməsinə şərait yaradacaq. Bundan başqa, İranın, Türkiyənin, gələcəkdə isə Ermənistanın həmin şəhərlərə avtomobil və yerüstü nəqliyyatla cəmi bir neçə saatlıq məsafədə yerləşməsi isə həmin ölkələrdən milyonlarla turist axınını təmin edə bilər. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən bölgələrin məskunlaşdırılması sırf “ağıllı kəndlər” və tək büdcə hesabına mümkün olmayacaq. Özəl və xarici kapitalı həmin ərazilərə cəlb etmək üçün mütləq şəkildə idarəetmə sistemi olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv