!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı məlum oldu

!Reklam – Yazi

2022-ci ildə Azərbaycanda 2049 ədəd və ya 2021-ci illə müqayisədə 30 ədəd az minik avtomobili istehsal olunub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ümumilikdə, qeyd olunan müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ildə 522,7 milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68,0 faiz, maşın və avadanlıqların istehsalı isə 58,8 faiz artıb. Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 9,7 faiz azalıb.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalında artım qeydə alınmışdı. Belə ki, 2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (artım 4,8%), 651 traktor (artım 2,2 dəfə) istehsal edilib.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv