!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda istilərə görə iş dayandırılacaq?

!Reklam – Yazi

Azərbaycanda anomal istilərə görə açıq şəraitli yerlərdə iş dayandırıla bilər.

Yenicag.az-ın xəbər verir ki, Əmək Məcəlləsinin 233-cü (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan istilər zamanı açıq şəraitli iş yerlərində fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir.

İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyulun 2-dək anomal istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Bu gün Azərbaycanın rayonlarında havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir./Report/

www.yenicag.az

2382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv