!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi açıqlandı

!Reklam – Yazi

2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5 milyard 123,3 milyon manat təşkil edib ki, onun da 2 milyard 467,7 milyon manatı heyvandarlıq, 2 milyard 655,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Yenicag.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 100,0 faiz təşkil edib.

Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 2,7 faiz azalıb. Bitkiçilik məhsulları istehsalında müşahidə edilən azalmanın əsas səbəbi hava şəraiti ilə əlaqədar cari ildə dənli və dənli paxlalı bitkilərin yığımına nisbətən gec başlanılması olub.

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv