!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kəndli təhkimçiliyi və sinfi ayrıseçkiliyin tarixçəsi - ARAŞDIRMA

!Reklam – Yazi

Cənubi Qafqaz regionu XIX əsrdən Çar Rusiyasının tərkibinə güclə daxil edildikdən sonra Azərbaycan siyasi və idarəçilik hakimiyyətini itirməklə üzləşdi. Bundan ən çox kəndli təbəqəsi əziyyət çəkməyə başlamışdı. Hətta daha ağır şərtlərin içində boğulub gedirdilər. 

Yaradılan quberniyaların tərkibindəki kəndlər yerli mülkədarlara, torpaq ağalarına həvalə olunmuşdu. Geniş qolçomaqlıq səlahiyyətlərinə malik olan mülkədar ağalar da kəndlilərin ömrünü qara etmişdilər. XIX əsrdə Rusiya İmperiyasında da dünyada olduği kimi təhkimçilik idarə üsulu davam edirdi. Bu amansız idarəçilikdə kəndli öz evinin, torpağının, əkin və örüş sahələrinin sahibi ola bilməzdi. Hər şey ağadan asılı idi. Bununla yanaşı bir adam bir kənddən digər kəndə özbaşına köçə/məskunlaşa bilməzdi. Çar naçalniklərinin verdiyi səlahiyyətə görə – əgər kəndli icazəsiz başqa məntəqəyə köçsəydi, ağanın bir namə şikayəti ilə həmin kəndli dərhal tapılaraq yenidən ağasına təhveril verilərdi. Mülkədar da özü seçdiyi cəza üsulları ilə onu əzişdirə və ya başqa əziyyətlər verərdi. Adətən Azərbaycanda axtarışa verilən “özbaşına” bir-iki ay müddətində tapılmasa idi, ondan əl çəkərdilər. Qanun bu idilakin kinli sahibkarlar illərlə bu zavallı insanları axtarardı. Geniş səlahiyyət demişkən, mülkədarlar şuluq qəbul etdikləri adamları şikayət əsasında Sibirin ən soyuq katorqalarına da sürgün edərdilər. Bu işlər üçün kazak drujinaları həmişə canla başla amədə idilər.

Araşdırmalar onu göstərir ki, Qafqazda bəzi hallarda sahibkarlar nəinki kimi istəsələr kənddən qovardılar hətta bəzi hallarda yeni ailə qurmaq istəyən ailələr öncədən ağanın xeyir-duasinı da almağa məcbur idilər. Bəyənilməyən, milli/dini fikirlər səsləndirən, çar üsul idarəsini səsli tənqid edən əhali bəzən illərlə mülkədarın nikah icazəsini həsrət ilə gözləyərdilər. Belə olan təqdirdə, Şimali və Cənubi Qafqazda qız qaçırma adətləri vüsət almağa başlamışdır. Daha sonralar isə kalım/başlıq pulu məsələləri də artıqca bu bir növ qafqazlı adətinə dönmüşdür. Çar çinovnikləri regionda öz xəfiələri vasitəsilə asanca harada hansı narazılıqlar olduğunu öyrənməyə çalışardılar. Əsas hədəf yerlərdəki insanları təhsildən, yazı pozudan uzaq tutma idi. Bunun üçün kisənin ağzı həmişə açıq qalardı. Deyirlər ki, bəzi lovğa və harınlamış mülkədarlar ad günlərində və ya kef məclislərində bütün kəndi adamları ilə bir yerdə digər ağaya hədiyyə edərdilər…Vay məzlum insanların başına. Rusiyanın özündə daha da irəli gedən əclaf titullu kulaklar kəndliləri bazarda açıq satışa çıxardardılar. Əcnəbi konsolların xatirələrində deyilir ki- bu gün Petroqradın bazarında bir cins at, iri cüssəli rus mujiklərindən baha satıldı… Zavallı slavyan kəndlərində borclu qalanlar uşaqlarını da satardılar.

Qafqaz xalqları xüsusilə də Azərbaycan əhalisi feodalizmin bu qaranlıq üzü ilə heç zaman barışmır və nəticədə XIX əsrdə ölkə boyunca silsilə etirazlar baş vermişdir. Ən iri üsyanlar Quba(1826) , Car Balakən (1830), Lənkəran (1831) daha sonraları isə Zaqatala, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan, Şirvan ərazilərində müxtəlif çaplı xalq etirazları ilə davam etmişdir. Regionda baş verən bütün kütləvi xalq etirazları Çar ordusu və hərbi birləşmələri tərəfindən amansız şəkildə yatırdılır, rəhbərləri isə ya edam edilir ya da sürgünə göndərilirdi.


Ümumiyyətlə Azərbaycanda
çarizmin zülmü və ağır vergilərindən təngə gələn bir sıra insanlar təqiblərə məruz qaldıqlarından qaçaq həyatına qədəm qoyurdular. Beləcə regionda qaçaqlar hərəkatı vüsət alır. Çar üsul idarəsindən və bəzi yerlərdəki mülkədarların davranışından cana gələn mərd insanlar bu qoçaqların sırasına qoşulurdular. Əsasən dağlıq ərazilərdə məskən salan qaçaqlar vur-qaç, ani basqın metodları ilə harınlamış ağaları, bəyləri cəzalandırardılar. Filmlərimizdə də əks olunan həmin səhnələrdən aydın görünür ki- məzlum kəndlinin pənah və ədalət qapısı bu qaçaqlar olardı. Zamanla onlar xalq qəhrəmanları olaraq dillərə, yazılı və şifahi xalq ədəbiyyatımızın ayrılmaz parçasına çevrilmişlər. Xalq onları yarı mistik yarı ölməz bir insanlar kimi bilərdi. Azərbaycanda və Şimali Qafqazda mübarizə aparan qaçaqlar/abreklərin hekayələri Çarın özünü belə yatmağa qoymazdı. Çoxlu tədbirlər görülər, regiona ən sınanmış peşəkar rus generalları göndərilərdi. Onlar da özləri ilə cəza birlikləri gətirər- qaçaqlarla əlbir olan əhaliyə divan tutardılar. Bu işdə onlara bir sıra yerli sahibkarlar da canla başla kömək edərdilər. Təbii ki bu hər mahala aid deyil.

Yuxarıda qeyd olunduğu kimi Təhkimçilik üsulu çox ağır şərtləri olan bir yaşam tərzidir. Yazdıqca bitməz. Kəndlilər həm vergi verər həm də əkin/yığım mövsümərində ağanın sahəsində ödənişsiz çalışmağa məcbur olardılar… Nə yaşam sənədləri olardı nə də hüquqları. Demək olar ki, ağ qullar idilər.

Bəs necə bitdi bu təhkimçilik?

Avropa sənayə inqilabı yaşayırdı. Artıq qlobus buxar/kömürlə fırlanırdı. İri zavodlar, fabriklər açılırdı. Ən sürətli istehsalı olan ölkə ən qabaqcıl olurdu. Kapitalizmin boruları fit çalmağa başlamışdı. Bəs əgər kəndlilər mülkədardan icazəsiz kəndi tərk edə bilməzdisə- bu zavodlarda kim çalışmalı idi? Bu sual dövrün imperatorlarını çox narahat edirdi. Odur ki, Rus Çarı II Aleksandr 1861-ci ildə təhkimçiliyin imperiya ərazisində ləğv edilməsi haqqında fərman elan etdi. Bu fərmana görə artıq kəndlilər harda işləmək istəmələrində sərbəst idilər. Onlar bir yerdən digər yerə getməkdə də azad olmuşdular. Bəli, beləcə zavodları bu kəndli-işçilərlə doldurmuş oldular. İndi kəndlilər fəhlə uniforması geyinib yeni fabrik sahiblərinin mülkiyyətinə təhkim olunmuşdu. Bizdən də əlavə imperiyanın dörd tərəfindən əcnəbi məzlum kəndlilərin də pənah yeri Azərbaycan olmuşdu. Mülkədarlar bundan narazı qalsalar da, yenə də kənd və mahallarda qalan əhali onlardan asılı vəziyyətdə idi. Həmin ağır şərtlər dəyişmirdi. Fərman ləng işləyirdi. Yenə də ağanı, bəyi, sahibkarı görən sıravi insan mütləq dayanmalı baş əyərək salam verməli idi… Əks halda olacaqları gözə almalı idi. Vay onun halına ki, bu “böyük vətəndaş” acıqlı ya kibirli bir insan olaydı.

Fərman çıxır aləmin əhalisi sərbəst olur, Qafqazdakı camaatın isə bundan xəbəri olmur. Bizə bu fərman çinovniklərcə gecikdirilərək gəlib 1870-lərdə çatır. Yəgin Gədəbəydəki Simens qardaşlarının zavodları, Nobellər, daha sonra neftdən sərvət tikməyə gələn xarici kapitalistlərin xətrinə Azərbaycanda da mahallarda deyilir ki – ay camaat artıq sərbəstsiz, çar 10 il əvvəl fərman imzalayıb, di durun gedin zavodlarda da işləyə bilərsiz...Acı həqiqətləri yaşadıqca xalqın bağrından çıxan Həsən bəy Zərdabilər ölkəmizdə mətbuatın vacibliyini anlayır...Milli düşüncə sahibləri vətənpərvər insanlarımızla yanaşı milyonçu Hacı Zeynalabidin Tağıyev kimi öncül insanlarımız çıxış yolunu ancaq müasir təhsildə və milli kadr islahatlarında görməyə başlayır. Bir sıra imkanlı şəxslər ölkənin gələcəyinə bəlkdə də İstiqlal Cümhuriyyət ideyasanın təməllərinin həyata keçməsi üçün yatırımlar edir. Ölkədə müxtəlif təyinatlı məktəblər açılır. İmperiya universitetlərinə, Osmanlıya və Avropaya təhsil almağa göndərilən gənclərimiz – əllərində hüriyyət məşəli ilə Azərbaycana qayıdmalı idilər.

Bizdə gələnə ağam gedənə naçalnik demək düz 1918-ci ilə kimi davam edir. Azərbaycan Demokratik Cümhuriyyəti yaranan kimi ölkədə hamının bərabərhüquqlu olması elan edilir. Artıq küçədə gördüyünüz ağaya baş əymək məcburiyyətində deyildiz.Kəndli məsələsinin də həllinə çalışan qurucu babalarımız, torpaqla bağlı bir sıra islahatlara baş vururlar. Komissiya qrupu yaradılır. Məlum olur ki, çarizmin mənfur siyasətinin nəticəsində Azərbaycanda  68,7%- torpaqlar dövlətin, 29,5%-torpqarlar mülkədarların və yalnız 1,8%-torpaq kəndlilərdədir. Bu dəhşətli göstərici üstə gəl zavodlarda 10 saatdan artıq çalışdırılan işçilərin durumu ölkə əhalisini bərbad vəziyyətə salmışdır. Bunlarla bağlı dərhal ölçülər götürülür və milli hökumət mülkədarların əlində cəmləşdirdiyi torpaqları pulnan alıb əhaliyə paylamaq layihələrinə başlayır. Əfsuslar olsun ki, proses başlasa da ADR-in ömrü aqrar problemlərin tam həllinə çatmır. Buna baxmayaraq Azərbaycanda artıq hər kəsin hüququbərpa olunur, şəxsiyyətə dair sənədlər/pasportlar verilir. İnsanların sərbəst şəkildə istədikləri yerlərə hərəkəti bərpa olunur. Əksər yerlərdə kəndlilərin evləri onların mülkü kimi qeydə alınır. Buna dirənən ağalarımız da olub deməyi unutmayaq. Bunlar hamısı bizim tariximizin bir hissəsidir. Əksər folklorumuz və adətlərimiz həmin çətin anların içində yoğrulub.Həqiqətdən qaçmaq lazım deyil. Əksinə onunla üzləşərək Vətənimizin nələrdən keçdiyini dərk edərək azadlığımızın, suverenliyimizin, sərbəst müasirliyimizin məsuliyyətini dərk edərək onu hamımız qorumalıyıq. 150 il öncə bunlar yox idi…

Əbülfəz Şeydabəyov

www.yenicag.az

1038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv