!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kimlər və harada daha çox kiberhücuma məruz qalır?

!Reklam – Yazi

Bu il ərzində Bakı, Sumqayıt, Gəncə şəhərlərində istifadəçilərin 87 faizi kibertəhlükələrlə üzləşib.

Yenicag.az-ın məlumatına görə, bunu “Kasperski Laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov “Azərbaycanda koronavirus pandemiyası dövründə kiberfırıldaqçılıq” adlı onlayn konfrans zamanı deyib.

“Təhdidlərin 80 faizi messencerlərin, 32 faizi sosial şəbəkələrin payına düşüb. Bundan başqa, fırıldaqçıların 27 faizi bank strukturlarının, 27 faizi şirkətlərin, 17 faizi ticarət obyektlərinin nümayəndələri, 15 faizi isə onlayn məkanların satıcıları kimi özlərini təqdim edib”, – deyə o, bildirib.

Ekspert, həmçinin bildirib ki, 34 faiz hallarda fırıldaqçılar lotereya uduşlarını, 25 faiz hallarda investisiya mənfəətini, 14 faiz hallarda sadə və mənfəətli sövdələşmədə iştirak etməyi təklif edib.

“Kiberfırıldaqçılar əsasən, kart məlumatlarnın alınmasını, kartdan karta köçürmələri, vətəndaşların ödəniş və fərdi məlumatlarını almağı hədəfləyir”, – M.Məmmədov deyib.

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv