!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda kişilər zorakılığa qarşı: Layihə başa çatdı - FOTO

!Reklam – Yazi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə orijinal layihə icra edib. Layihə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması Komitəsi tərəfindən Azərbaycan hökumətinə verilən tövsiyələrə istinadən hazırlanıb.

Budəfəki ““Labirintdən çıxış 2” – kişilər zorakılığa qarşı!” adlı layihənin məqsədi gender əsaslı zorakılıqla mübarizəyə gənc kişilərin cəlb edilərək təlimlənməsi və onların cəmiyyətə təqdimatıdır. Layihənin müddəti 2 aydır. Sentyabr ayında başlayan layihə çərçivəsində 15 nəfərə təlim keçirilib. Artıq layihənn son 13 və 14- cü təlimləri başa çatıb və layihə uğurla yekunlaşıb.

Layihədə nəzərdə tutulduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri ilə görüş olub. Görüşdə komitə sədrinin müavini Sədaqət  Qəhrəmanlı iştirak edib. S.Qəhrəmanlı təlim iştirakçılarına peşəkar, həssas və maraqlı suallar verib ki, iştirakçılar özlərini çox rahat və əhəmiyyətli hiss ediblər. Komitənin əməkdaşı Tural Hüseynzadə isə son təlimdə master dərsi keçib, işirakçılara sertifikatlar təqdim olunub.

Layihənin iştirakçılara təsiri barədə qısa vidosüjetlər də hesabata əlavə edilib.

Xatırladaq ki, təlimin sonunda  iştirakçı olan gənc kişilərin qadınlara qarşı zorakılığa son verilməsiylə bağlı videoçağırışlarının yer aldığı sosial çarx hazırlanıb.

Videoçağırışda iştirakçılar kişilərə xitab edərək “Zorakılıq yoluxucu xəstəlikdir, qarşısını almasaq, yayılacaq”, “Zorakılıq zülmətdir, zülməti seçmə”, “Zorakılıq güc deyil, gücsüzlüyün əlamətidir”, “Zorakılıq sayəsində kim olduğumuzu unuduruq”, “Biz zorakılığa qarşı səsi olmayanların səsiyik”, “Sən də bizə qoşul, zorakılığa qarşı çıxmaq heç zaman gec deyil”  mesajları veriblər.

Layihədə ən diqqəti çəlb edən məqamlardan biri də “Zorakılığı dayandrın” adlı mahnı və ona çəkilən klipin təqdimatı olb. Layihədə bu məqsədlə vəsait nəzərdə tutulmasa da, “Təmiz dünya” öz vəsaiti hesabına mahnı və klipi ərsəyə gətirib. Mahnının ifaçısı gənc müğənni və təşkilatın aksiyalarında yaxından iştirak edən Müşfiq Hümmətlidir.

Layihənin iştirakçıları ilə bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim ediləcək. Komitənin öz tədbirlərinə təlimdən keçən bu şəxsləri cəlb etməsi nəzərdə tutulur.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv