Bu günə qədər Azərbaycanda 19 koronavirusa yoluxma faktı qeydə alınıb.
Yenicag.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı ofisində keçirilən mətbuat konfansında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.
ÜST-ün Azərbaycana səfər edən missiya rəhbəri Karolina Braun Azərbaycana koronavirusa yoluxma hallarının erkən aşkarlanmasını tövsiyə etdiklərini bildirib.