Azərbaycanda koronavirusdan sağalanların SAYI

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxduqdan sonra sağalanların sayı açıqlanıb.

Yenicag.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxmuş 26 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.