Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 27-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 646 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 461 861 test aparılıb. Aktiv xəstə sayı 6 978 nəfərdir, onlardan 180 nəfər reanimasiyadadır, 32 nəfər isə süni tənəffüs aparatına qoşulub.