Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 333 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 565 nəfər müalicə olunaraq sağalıb, 4 913 nəfər vəfat edib, aktiv xəstə sayı 4 478 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 815, ötən müddət ərzində isə ümumilikdə 3 513 989 test aparılıb.