!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda koronavirusla bağlı SON GÖSTƏRİCİLƏR - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 462 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 565 nəfər müalicə olunaraq sağalıb, 4 913 nəfər vəfat edib, aktiv xəstə sayı 4 478 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 815, ötən müddət ərzində isə ümumilikdə 3 513 989 test aparılıb.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv