Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.
Yenicag.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 273 411 test aparılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.