!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda "kriptovalyuta" fırıldaqçılığı: “Maliyyə savadlılığının olmaması...” - AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə insanların kriptovalyutaya qarşı marağı artıb.

Bu gün milyonlarla insan “Bitcoin” proqram təminatına investisiya edir. Statistikalara görə, ABŞ-də hər il minlərlə insan öz işindən ayrılaraq, kripto fəaliyyətinə başlayır.

Hətta treydinqlə (Treydinq: mövcud bazar vəziyyətini təhlil etmək və ticarət müqavilələri bağlamaq – red) bağlı ölkəmizdə xeyli kurs fəaliyyət göstərir.

Bəs Azərbaycanda vəziyyət necədir? İnsanlarda “kripto savadlılığı” nə yerdədir? Belə platformalarda yayılan saxtakarlıqlara qarşı nə etməli?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən kriptovalyuta üzrə mütəxəssis Elnur Quliyev bildirib ki, Azərbaycanda yaxın 3 ildə kriptovalyutadan istifadə gözlənilmir, çünki bir neçə qanunvericilik lazımdır.

“Ölkəmizdə o qanunları tərtib etmək üçün tələsmirlər. Böyük ehtimalla Rusiya və Türkiyədə vəziyyət necədirsə, bizdə də elə olacaq. Onlarda da müəyyən qanun əskiklikləri var”.

E. Quliyev həmçinin qeyd edib ki, kripto tələsinə düşən insanların ən böyük problemi maliyyə savadlılığının olmamasıdır:

“Bəzi şəxslər heç nə etmədən tez bir zamanda pul qazanmaq istəyirlər. Bundan əlavə, insanlar investisiya lahiyələrində ödəniş vasitəsi kimi kriptodan istifadə edirlər. Bu daha müasir aldatma üsuludur. Kripto sadəcə bir vasitədir. Baxır, kim hansı məqsədlə istifadə edir.

İnsanlardakı pul hərisliyi aldatmalara gətirib çıxarır. Cəmiyyətin 90 faizi bilir ki, bu bir piramidadır. Amma daha tez pul qazanmaq üçün bu addımı atırlar. Birinci dəfə kiçik məbləğlə yatırım edirlər, qazanırlar, amma böyük məbləğ qazanan kimi sistem bağlanır. Burada kriptovalyutanın heç bir günahı yoxdur. Sadəcə valyuta məzənnələrini izləmək lazımdır”.

Şahanə Paşa

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv