!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər? - Ekspertdən AÇIQLAMA

!Reklam – Yazi

Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə dövlət və özəl məktəblərin şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

Bu təcrübə Azərbaycanda tətbiq oluna bilərmi?

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bu təcrübənin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyünü bildirib.

Ekspert hesab edir ki, bu təcrübə reallaşacağı təqdirdə yollarda sıxlığın qarşısı alına bilər. Eyni zamanda da insanları ictimai nəqliyyata qaytarmaq olar:

“Biz dəfələrlə məsələ qaldırmışıq ki, tələbələr və məktəblilər üçün ictimai nəqliyyatdan istifadədə güzəştlər tətbiq olunsun. Pulsuz ola bilər. Yaxud da gedişhaqqı kart sistemi ilə ola bilər, hansı ki, o kart yalnız tələbələr və məktəblilərə məxsus ola bilər. Bununla bağlı təkliflərimiz hələ ki, reallaşmayıb. Düzdür, fikrimizi dəstəkləyən perspektivini yaxşı görən insanlar var. Amma reallaşmaq məsələsinə gələndə daha çox texniki məsələləri qabardırlar. Yəni əgər belə güzəştlər tətbiq olunsa, dövlət daşıyıcı şirkətlərə əlavə dotasiyalar verməlidir, subsidiya ayrılmalıdır və s.. Bu baxımdan bu məsələ yubanır.

Yollarda tıxacın qarşısını almaq və insanları ictimai nəqdiyyata qaytarmaq üçün bu təklifi reallaşdıra bilərik. Həm tələbə və həm də şagirdlərin ictimai nəqliyyatdan güzəştli şəkildə istifadəsini nəzərdən keçirmək olar. Bunu faydalı iş kimi qiymətləndirirəm. Effekti də müsbət olar”.

Cəvahir

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv