Azərbaycanda mərmi atan snayper silahı istehsal olundu – FOTO

Azərbaycanda mərmi atan yeni snayper istehsal olunub.

Yenicag.az xəbər verir ki, əllə idarə olunan və 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.