Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda Messinin adından toylara pul yazdıran kimdir? - FOTOLAR

Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və “Barselona”nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır.

Bu ənənəni “Barselona” futbol klubunun azarkeşi, Messinin fanatı, jurnalist Ramin Deko yaradıb. Jurnalist Fanat.Az-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir getdiyi bütün toylara Messinin adından nəmər salır. Onun sözlərinə görə, ulduz futbolçunun adından salınan nəmərin məbləği simvolik olaraq 1 AZN təşkil edir:

“Onlarla toya Messinin adından 1 manat yazdırmışam. Adətən nəməri “Mes Que Un BeyGelin” şüarı ilə yazdırıram. “Mes Que Un Club” “Barselona” futbol klubunun devizidir. Mənası “Bir klubdan daha artıq” deməkdir. Mən “club” sözünü “bəy” və “gəlin” sözləri ilə əvəzləmişəm. Bütün bunlar “Barselona”ya və Messiyə aşırı rəğbətimdən irəli gəlir, həm də bir növ mənim üçün əyləncədir”.

www.yenicag.az

384
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100