!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda minik avtomobillərinin istehsalı artdı

!Reklam – Yazi

2023-сü ilin yanvar-aprel aylarında Azərbaycanda 1259 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 245,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 27,3 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 73,4 faiz artıb.

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv