!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda müflisləşmə haqqında qanun hazırlanacaq

!Reklam – Yazi

Azərbaycanda müflisləşmə haqqında qanun hazırlanacaq.

Yenicag.az xəbər verir ki, bunu Bakı Apellyasiya Məhkəməsinin hakimi və “Biznesin müflisləşməsi” İşçi qrupunun rəhbəri Ramin Qaraqurbanlı deyib.

Onun sözlərinə görə, müflisləşmə sahəsində iştirak edəcək hakimlərin sayı müəyyən edilib.

“Bütün sahələrdə olduğu kimi Azərbaycan Respublikasının iqtisadi sektorunda da ölkə başçısı tərəfindən mütərəqqi genişmiqyaslı islahatlar uğurla həyata keçirilir. Ötən müddət ərzində Dünya Bankı tərəfindən yeni mexanizmlərin yəni beynəlxalq qiymətləndirmə alətlərinin tətbiq olunmağa başlandı. 2022-ci ildən başlayaraq “Business Ready” (Biznesə hazır) adlı hesabat istifadəyə verildi və həmin hesabatın əsas komponentlərindən biri biznesin müflisləşməsi sahəsini əhatə edir.

Bu gün biznesin müflisləşməsi işçi qrupunun növbəti iclası keçirilir. Azərbaycanda iqtisadi sahənin daha da inkişaf etdirilməsi, biznes üçün əlverişli mühitin yaradılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya yaradılıb və həmin komissiyanın nəzdində biznesin müflisləşməsi işçi qrupu fəaliyyət göstərir. Ölkədə biznes mühitinin daha da əlverişli edilməsi üçün işçi qrupu tərəfindən bir çox işlər görülüb və bu iclasda həm işlərin müzakirəsi aparılır.

Həmçinin beynəlxalq təcrübə nəzərə alınması üçün Dünya Bankı tərəfindən Almaniyadan cəlb edilən beynəlxalq ekspert həmin qrupa təqdim edilib. Qrupun iclasında, həmçinin 2022-2023-cü illəri əhatə edən yol xəritəsinin icrası ilə bağlı müzakirələr aparılır, müflisləşmə sahəsində ixtisaslaşan bir qrup hakimlərin sayı müəyyən edilir, gələcəkdə onların davamlı tədrisə cəlb edilməsi istiqamətində müzakirələr aparılır.

Tam əminliklə demək istəyirəm ki, beynəlxalq ekspertin bundan sonra fəal iştirakı nəticəsində müflisləşmə haqqında yeni qanunvericilik paketi hazırlanaraq tezliklə parlamentə təqdim ediləcək”,- deyə R.Qaraqurbanlı qeyd edib.

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv