!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda nə qədər benzin və dizel istehsal olunur? - STATİSTİKA

!Reklam – Yazi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.

Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri 2023-cü ilin yanvar-aprel aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 471,7 131,1 33,7
Ağ neft, min ton 179,5 107,3 28,3
Qazoyllar (dizel yanacağı), min ton 751,5 126,1 107,8
Mazut, min ton 3,1 8,5 1,7
Sürtkü yağları, min ton 21,1 146,5 7,3
Maye qazlar, min ton 91,7 124,1 1,6
Neft koksu, bitumu və məhsullarının digər qrupları, min ton 365,2 89,6 45,6
ondan:      
neft bitumu, min ton 55,4 56,8 9,7
neft koksu, min ton 84,3 145,8

 

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv