!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda nə qədər vergi ödəyicisi var?

!Reklam – Yazi

Bu ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 409 min 597 vergi ödəyicisinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 %, o cümlədən kommersiya qurumlarının sayı 10,5 % artıb.

Yanvar ayı ərzində 1 237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 % çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 %-i elektron qaydada, 21,3 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv