!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda “nəzarətdə saxlanılan” İNFLYASİYA: “İiqtisadiyyatı neftdən asılı olan Rusiyada belə...”

!Reklam – Yazi

 

“Uçot dərəcəsi Azərbaycanda onsuz da heç nəyə ciddi təsir göstərmir”.

Bu fikirləri Mərkəzi Bankın uçot dərəcəsini növbəti dəfə aşağı salması haqda qərarını və ölkədə inflyasiyanın təqribən 4 faiz olmasına dair məlumatını şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda inflyasiyanın azaldığını göstərən rəqəmlərə etimad etmək olar:

“Ümumiyyətlə, Azərbaycanda inflyasiya səngiyib. Bu da onu nəticəsidir ki, Mərkəzi Bank məcburi ehtiyatın həcmini artırsa da, kredit verilişini azaldıb. Lakin inflyasiyanın tam bitdiyni söyləyə bilmərik.

Uçot dərəcəsi Azərbaycanda onsuz da heç nəyə ciddi təsir göstərmir. Ona görə ki, Azərbaycanda qiymətləri idxal məhsulları müəyyənləşdirir. Hətta Rusiya kimi iqtisadiyyatı neftdən asılı olan ölkədə belə müəyyən səviyyədə istehsalın mövcudluğu bank kreditlərinin faizinə təsir göstərir.

Mərkəzi Bank hansı faizlə kredit verirsə, bu amil özəl banklara fəaliyyətinə təsir edir. Yəni az verdikdə, kreditlərin həcmi azalır və bu da qiymət artımına gətirib çıxarır. Yüksək faizlə verdikdə isə kredit az götürülür və belədə infilyasiyanın qarşısı alınır. Azərbaycan onsuz da əksər məhsulları xaricdən alır. Mərkəzi Bank da uçot dərəcəsinin Azərbaycanda elə bir ciddi təsirinin olmadığını əsaslandırır”.

İsmayıl Bakuvi

www.yenicag.az

478
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv