!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda növbəti parlament seçkiləri: Daha bir partiya iştirakını açıqladı – VİDEO

!Reklam – Yazi

Azərbaycanda COP29-la əlaqədar parlament seçkilərinin erkən keçiriləcəyi ilə bağlı məlumatlar tez-tez sosial media və onlayn mətbuatda səslənməkdədir.

Qarabağ müharibəsindən sonra ölkədə genişmiqyaslı siyasi dəyişiklərin olması ilə bağlı siqnallar mütəmadi şəkildə hakim partiya deputatları tərəfindən səsləndirilir, o cümlədən parlamentdə deputat saylarının artırılması, müxalif partiyaların parlamentdə iştirakının çoxalacağı ilə bağlı iddialar ortaya atılır.

Son bir aydır ki, Azərbaycan siyasi sferasında, əsasən də müxalifət cəbhəsində seçkilərə hazırlıqlarla bağlı tədbirlərin görüldüyü qeyd olunur. Hətta bir sıra müxalifət partiyası liderləri builki seçkiləri Azərbaycan üçün yeni bir dönəm olaraq analiz edirlər.

Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, o və partiyası parlament seçkilərində iştirak etmək niyyətindədir.

Onun sözlərinə görə, Qarabağ Azadlıq Təşkilatı Azad Vətən Partiyasına çevrilərkən siyasi təşkilatın əsas hədəfi parlamentdə təmsil olunma olub.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv