!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ödəmələrin 60 faizi elektron formada həyata keçirilir

!Reklam – Yazi

“Azərbaycanda ödəmələrin 60 faizi “e-ticarət” vasitəsilə həyata keçirilir”.

Yenicag.az xəbər verir ki, bunu “Mastercard” şirkətinin Azərbaycandakı fəaliyyətinə dair keçirilən mətbuat konfrasında çıxış edən “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal deyib.

Onun sözlərinə görə, Azərbaycanda onlayn ödənişə üstünlük verən vətəndaşların sayında artım var:

“Son dövrlər Azərbaycanda kartla əməliyyat həyata keçirənlərin sayında artım müşahidə olunur. Belə ki, ölkədə 10 milyon əhaliyə 13 milyon bank kartı düşür. Son aylar onlayn ödənişlərin 40 faizi bank kartları vasitəsilə həyata keçirilir. Bu artımı nəzərə alaraq, Azərbaycanda ödəmələrin 60 faizinin “e-ticarət” vasitəsilə həyata keçirildiyini deyə bilərik. “Mastercard” olaraq bu inkişafı dəstəkləyirik və bu istiqamət üzrə işlərimiz davam etdirilir. Prosesin sürətlənməsi üçün “Bravo” və müxtəlif restoran güzəştlərinə üstünlük vermək qarşımızda duran hədəflərdəndir”.

Gülşən Şərif

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv