Azərbaycanda ölümə səbəb olan ƏSAS XƏSTƏLİKLƏR

Azərbaycanda əhali arasında ölümə səbəb olan xəstəliklər sırasında qan dövranı sistemi xəstəlikləri yenə də liderlik edir.

Yenicag.az-ın məlumatına görə, 2018-ci ildə Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2015-ci illə (54 697) müqayisədə çoxdur.

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 826-ı (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 772-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2018-ci ildə hər 100 min nəfər arasında 583 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574 olub.

COP29