Azərbaycanda orta aylıq əməkhaqqı – 712 manat

Bu ilin yanvar ayında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,8% artaraq 712,1 manat təşkil edib.

Yenicag.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, orta aylıq nominal əməkhaqqı artım dinamikası ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz bəndi artıb.