Azərbaycanda ötən ay uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu ilin aprel ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Yenicag.az xəbər verir ki, cari ilin aprel ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Uğur, Əli, Yusif, Hüseyn və Ömər, qız cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Nuray kimi adların verilməsi üstünlük təşkil edib./Report/