!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda ötən il benzin və dizelin istehsalı artıb - CƏDVƏL

!Reklam – Yazi

Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.

Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri 2023-cü ildə istehsal edilib Əvvəlki ilə nisbətən, faizlə 01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 1 464,2 113,4 45,9
Ağ neft, min ton 594,4 104,1 26,2
Qazoyllar (dizel yanacağı), min ton 2 311,2 112,3 77,2
Mazut, min ton 5,7 7,3 1,7
Sürtkü yağları, min ton 59,1 131,6 3,0
Maye qazlar, min ton 236,4 96,8 4,1
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 1 119,3 84,5 57,6
ondan:
neft bitumu, min ton 277,7 80,9 5,1
neft koksu, min ton 231,6 110,0 48,1

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv